30 ildir
Halal Nəmət
sizinlə
“Səhliyalı” şirkətindən Azərbaycan əsgərinə möhtəşəm dəstək

“Səhliyalı” şirkətindən Azərbaycan əsgərinə möhtəşəm dəstək

Oxuma müddəti: 1 dəq oxu | Tarix: 14.10.2020

Ölkəmizin və xalqımızı sınağa çəkildiyi bu həlledici dönəmdə, hər kəs şanlı ordumuza əlindən gələn yardımı edir. Müxtəlif təşkilatlar və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız milli ordumuza dəstək olmağa çalışır. "Səhliyalı” sənaye şirkəti isə Azərbaycan Ordusu üçün artıq 3-cü dəfə dəstək aksiyasını həyata keçirir. Sözügedən şirkət 12.10.2020 tarixində cəbhə bölgəsinə aşağıdakı məhsulları yollayıb: 19 ədəd generator 1500 kiloqram çərəz 9600 ədəd 0.5 litrlik qazsız su Şirkətin "Min Bərəkət, Halal Nemət” brendinə məxsus, xüsusi reseptura ilə hazırlanmış 3500 kiloqram kolbasa (təxminən 10 min ədəd) Şirkətin "Min Bərəkət, Dadlı Nemət” brendinə məxsus 2 ton süd məhsulu 2000 qutu siqaret 1200 ədəd alışqan 1400 ədəd isti corab 1000 ədəd qolsuz jaket 1100 ədəd yun papaq 1000 ədəd fənər 2800 ədəd batareya 4600 ədəd sinkers 370 ədəd isti alt paltarı 5000 ədəd dodaq üçün gigiyenik əl kremi 5000 ədəd əl kremi 100 ədəd metal termos

DİGƏR XƏBƏRLƏR

“Səhliyalı” şirkətindən Azərbaycan əsgərinə möhtəşəm dəstək | Səhliyalı