SƏHLİYALI ŞİRKƏTİNDƏ ANIM GÜNÜ QEYD EDİLİB


08 Nov 2021
“Səhliyalı” müəssisəsində 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarınından keçmiş əsgər və zabitlərimizə ehtiram münasibətilə açıq havada tədbir keçirilib. Anım Günü münasibətilə baş tutan tədbirdə şirkətin direktoru Bəkir Fərid Bəkir Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri uğurlardan danışıb, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, rəhbər-ordu-xalq vəhdəti, hərbçilərin şücaətlərini müəssisədə çalışan işçilərin diqqətinə çatdırıb.
Bakı vaxtı ilə saat 12:00-da bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi anılıb, ruhlarına dualar oxunub.
×